YAP-çı namizəd seçki mübarizəsindən çəkildi
06 Noyabr 2010 Şənbə 10:50
Nazim Məmmədov namizədliyinin ləğvi ilə bağlı DSK-ya müraciət edib.
Namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş YAP üzvü, hazırkı millət vəkili Nazim Məmmədov seçki marafonundan çəkilib. Bu barədə məlumatı ANS PRESS-ə onun özü verib. Nazim Məmmədovun sözlərinə görə, ötən axşam namizədliyinin ləğvi ilə bağlı dairə seçki komissiyasına müraciət edib. O bildirib ki, bu addımı atmasında məqsəd YAP-a veriləcək səslərin parçalanmasının qarşısını almaq olub.

Qeyd edək ki, YAP 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən başqa adamın namizədliyini irəli sürüb. Nazim Məmmədov isə YAP üzvü olmasına baxmayaraq, namizədliyi “Şınıx” təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar