Xələf Xələfov Lixtenşteynin xarici işlər naziri ilə görüşüb
05 Oktyabr 2010 Çərşənbə Axşamı 10:05
Xələf Xələfov Lixtenşteynin xarici işlər naziri ilə görüşüb. Görüş ötən gün Vaduz şəhərində baş tutub.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ötən gün Lixtenşteyn Knyazlığının xarici işlər naziri Aureliya Friklə Vaduz şəhərində görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi, həmçinin siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.

X. Xələfov ölkədə aparılan iqtisadi islahatlar, dinamik iqtisadi inkişaf, regionda vəziyyət, Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar barədə nazirə məlumat verib.O, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxaq əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrinin regionda davamlı inkişafın və sabitliyin bərqərar olmasına xidmət etdiyini vurğulayıb.

Nazir A.Frik ölkəsinin Azərbaycan ilə mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığa hazır olduğunu və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını qeyd edib.

Qeyd edək ki, görüşdə Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri M. Nəcəfbəyli də iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar