Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda VİP-in aprelin 7-nə çağırılmış Məclisinin təşkilinə hazırlıq, partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakı və cari məsələlər müzakirə olunub.
Gərgin müzakirələrə səbəb olan məsələyə dair mövqelərini ifadə edən Siyasi Şura üzvlərinin əksəriyyəti VİP-in bu il keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirakının zəruriliyini bildiriblər. Bu mövqenin ifadəçiləri VİP-in prezident seçkilərinə öz namizədi ilə qatılmasının vacibliyini müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsində razılığıa gəlinməməsi ilə arqumentləşdiriblər. Müzakirələrdən sonra Siyasi Şura üzvləri VİP-in prezident seçkilərində öz namizədi ilə iştirakının məqbul olması haqqında qərar qəbul ediblər. İclasda səslənmiş təkilflərə uyğun olaraq, prezident seçkilərində iştirak məsələlsinin vacibliyi səbəbindən, VİP Məclisinin aprelin 7-də keçiriləcək iclasında partiya fəallarının və tərəfdarlarının iştirakının təmin edilməsi qərara alınıb.
Vətəndaş və İnkişaf Partiyası prezident seçkilərində iştirak edəcək
Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurası seçkilərə öz namizədi ilə qatılacaq.




Şərhlər