Vəfa Quluzadə İrəvana dəvət edilib
19 Yanvar 2010 Çərşənbə Axşamı 15:55
İrəvanda NATO-nun regional əməkdaşlıq üzrə konfransı keçiriləcək. Konfransa Vəfa Quluzadə də İrəvana dəvət edilib.
Martın 11-13-də İrəvanda NATO-nun regional əməkdaşlıq üzrə konfransı keçiriləcək. Məşhur politoloq Vəfa Quluzadə də tədbirə dəvət edilib, lakin o, Ermənistana getməkdən imtina edib.

“Bu günlərdə NATO-nun Brüsseldəki qərargahından mənə zəng edib İrəvanda keçiriləcək konfransa dəvət etdilər. Lakin mən Qarabağ münaqişəsi başa çatmadan bu ölkəyə getməyi mümkünsüz sayıram”, deyə Quluzadə Turana bildirib.

Politoloq qeyd edib ki, Rumıniyanın Azərbaycandakı səfirinə (NATO-nun əlaqələndiricisi) və Azərbaycanın Brüsseldəki nümayəndəsinə İrəvana səfərinin mümkünsüz olduğu barədə məlumat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar