Vaqif Sadıxov İtaliyaya səfiri təyin olunub
29 Oktyabr 2010 Cümə 19:25
Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya yeni səfir təyin edilməsi barədə sərəncam imzalayıb. Vaqif Sadıxov İtaliyaya səfiri təyin olunub.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vaqif Sadıqov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. 1978 - SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib, filoloji elmlər namizədidir. 1992-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi, 1993 - 1995 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri, 1995- 2004-cü illərdə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 1998 - 2004 - Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 2001 - 2004 - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar