Vaqif Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakıda anadan olub. 1978 Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib. Filoloji elmlər namizədidir. 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi, 1993 - 1995 -ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri, 1995 - 2004 -ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli səfiri olub.
V.Sadıqov həmçinin BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 1998 - 2004 -ci illərdə Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 2001 - 2004 -cü illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 2004-cü ildən indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışır. ANSPRESS
Vaqif Sadıqov yeni təyinat alıb
Diplomat Vaqif Sadıqov İtaliyaya səfir göndərilib.




Şərhlər