Siyasət

Vaqif Sadıqov XİN-in kollegiya üzvləri sırasından çıxarılıb

Vaqif Sadıqovu xarici işlər nazirinin müavini Nadir Hüseynov əvəz edib.

· Xəbərçi
Vaqif Sadıqov XİN-in kollegiya üzvləri sırasından çıxarılıb
Azərbaycan xarici işlər nazirinin keçmiş müavini Vaqif Sadıqov Xarici İşlər Nazirliyinin kollegiya üzvlüyündən çıxarılıb. Bu barədə Nazirlər Kabinetinin 2004-cü il qərarına dəyişiklik Xarici İşlər Nazirliyinin təklifi nəzərə alınaraq qəbul olunub.

Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumata görə, Vaqif Sadıqov xarici işlər nazirinin müavini Nadir Hüseynovla əvəz edilib.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov ötən ilin oktyabr ayında İtaliyaya səfir təyin olunub. Onun yerinə Nadir Hüseynov təyin edilib. ANSPRESS

Şərhlər