Siyasət

Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı dinləmələr keçiriləcək

TBMM-də Xocalı həqiqətlərini əks etdirən kitabın təqdimatı da nəzərdə tutulub

· Xəbərçi
Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı dinləmələr keçiriləcək
Fevralın 25-də Xocalı soyqırımı ilə bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) dinləmələr keçiriləcək.

Bu barədə Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı məlumat verib. Onun sözlərinə görə, dinləmələrdən əvvəl parlamentdə soyqırımı ilə bağlı bir sıra tədbirlər də təşkil olunacaq. Əvvəlcə TBMM-də Xocalı soyqırımı ilə bağlı sərgi açılacaqdır. Çoxlu sayda parlament üzvünün iştirak edəcəyi sərgini TBMM-nin sədri Məhmət Əli Şahin açacaq. Bundan başqa, parlamentdə Xocalı həqiqətlərini əks etdirən kitabın təqdimatı da nəzərdə tutulub.

Günün ikinci yarısında isə parlamentdə Xocalı soyqırımı ilə bağlı dinləmələr olacaq. Dinləmələrdə M.Kabakçı məruzə ilə çıxış edəcək.


M.Kabakçı onu da deyib ki, parlamentin təşkilatçılığı ilə Ankaranın Keçiörən bələdiyyəsi və Qazi Universitetində də Xocalı qətliamı ilə bağlı tədbirlər keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Haluk İpəyin də iştirak edəcəyi tədbirlərdə soyqırımı haqqında həqiqətlər ölkə və dünya ictimaiyyətinə çatdırılacaq. ANSPRESS

Şərhlər