"Rəsmi Berlin Qafqaz regionunda sülh və sabitliyin olmasında maraqlıdır". Bunu Bakıda səfərdə olan Almaniyanın xarici işlər nazirinin müavini Gernot Erler bəyan edib. O, səfərinin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda sabitliklə bağlı vəziyyət barədə məlumat əldə etmək istəyi olduğunu deyib. Almaniyalı diplomat həmçinin qeyd edib ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin təhlükəsizliyi vacib məsələdir. "Bu, çox maraqlı bir layihədir. Bu regionun inkişafı üçün vacibdir. Avropa Birliyi tərəfindən 600 milyon avro həcmində vəsait ayrılacaq. Bu vəsait infrastrukturun və demokratikləşmə prosesinin inkişafı üçün nəzərdə tutulub".
Qeyd edək ki, Eyler Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün almaniyalı qonaq Xarici İşlər Nazirliyində həmkarı Xələf Xələfovla görüşəcək. /ANS TV/