Serdar Celaloğlu ADP sedrliyinden istefa verdi
11 Oktyabr 2013 Cümə 12:20
Hesret Rüstemov: Serdar bey seçkiden derhal sonra istefa vermek niyyetinde idi.
Prezidentliyə namizəd olan Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verib. ANS PRESS xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib.

Ərizədə deyilir: “Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm.

2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm.

Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.

Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz".

ADP sədrinin sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov ANS PRESS-ə açıqlamasında bildirdi ki, Sərdar Cəlaloğlunun istefa ərizəsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq: "Sərdar bəy seçkidən dərhal sonra istefa vermək niyyətində idi. Bu barədə bizə bildirmişdi. Ancaq biz müəyyən qədər onu bu fikrindən daşındırmağa çalışdıq. Bu gün isə gəlib istefa ərizəsini icra aparatına təqdim edib. Onun istefasının qəbul olunub olunmayacağını indidən demək çətindir. Hər şeyə İdarə Heyətinin iclasında baxılacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar