Siyasət

Səfər Əbiyev Macarıstanın səfirini qəbul edib

Müdafiə naziri Səfər Əbiyev səfirlik müddətini bitirən diplomata göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.

· Xəbərçi
Səfər Əbiyev Macarıstanın səfirini qəbul edib
Bu gün Azərbayjan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.

Görüşdə regionda mövcud hərbi – siyasi vəziyyət və Ermənistanın işğalcılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb. ANSPRESS

Şərhlər