Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərini 42 ölkədən 581 beynəlxalq müşahidəçi izləyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib. Yerli müşahidəçilərin sayı isə artıq 19 mini keçib.
Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 1 655 nəfər MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 17 633 qeydə alınıb. ANSPRESS
Seçkiləri izləmək üçün 42 ölkədən müşahidəçi qeydə alınıb
Yerli müşahidəçilərin sayı isə artıq 19 mini keçib.




Şərhlər