Seçki saxtakarlığına dair fakt
10 Noyabr 2010 Çərşənbə 15:35
Keçmiş namizəd Sitarə Zeynalova ANS-ə videogörüntülər təqdim edib.
Noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa keçmiş namizəd Sitarə Zeynalova dairənin 26 saylı məntəqəsində səsvermə zamanı baş vermiş pozuntularla bağlı ANS-ə videogörüntülər təqdim edib. Videogörüntülərdə seçki bülletenlərinin topa halında bir neçə dəfə seçki qutusuna salınması öz əksini tapıb. Keçmiş namizəd ANS-ə açıqlamasında pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini və görüntüləri də komissiyaya təqdim etdiyini bildirib.
“36 saylı Xətai 4-cü seçki dairəsində katib, dairə sədrləri, eyni zamanda komissiyanın üzvləri bülletenləri kütləvi şəkildə qutulara tökürdülər. Və mən onlara dəfələrlə telefonla zəng edib demişəm ki, xahiş edirəm saxtakarlığa yol verməyin. Onlar isə deyib ki, yox saxtakarlıq yoxdur. İşimiz düzgün gedib. O kadrları mənim müşahidəçim çəkib, telefonu onun əlindən almaq istəyiblər, lakin o verməyib. Özüm də qapıda olmuşam. Kadrları mən dünən ayın 9-da saat 4 radələrində MSK-nın poçtuna qoymuşam. Xahiş etmişəm ki, onların nümayəndələri düşüb qol çəksinlər. Düşməyiblər. Kadrları və şikayət ərizələrini poçtla da MSK-ya, eyni zamanda SDK-ya da təqdim etmişəm”, - deyə Sitarə Zeynalova bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: