Seçki bülletenlərinin çapına başlanıldı
22 Oktyabr 2010 Cümə 17:05
Çap prosesini MSK sədri, habelə KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri izləyb.
Bu gün saat 12.00-dan etibarən 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Bu barədə ANS PRESS-ə Mərkəzi Seçki Komissiyasından bildirilib. Məlumata görə, seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə çap ediləcək. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının 1 oktyabrda keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 14.00-da mətbəəyə gəlib.

O cümlədən MSK-da akkreditasiyadan keçmiş KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri də prosesi izləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar