Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Ermənistan prezidenti deyəsən həm ölçü hissini, həm də nüfuzunu tamam itirib".
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, regionumuzda olan münasibət Ermənistan prezidentinə Argentinada da göstərilib: "Buenos-Ayresdə də özünü İrəvandakı kimi hiss edərək hamının onu qarşılayacağını düşünüb. Amma bu belə olmadığı üçün Ernekyana şikayət edib".
Qeyd edək ki, Ermənistan prezidentinin Argentina səfəri faktiki olaraq təxirə salınmaq dərəcəsində biabırçı keçib. Öncə bir neçə saat gözləyən Sarkisyanı heç kim qarşılamayıb. Sonda biabırçı vəziyyətdən utanaraq ölkəni tərk etmək istəyən Sarkisyanı San-Martin sarayında xarici işlər naziri Hektor Timerman və vitse-prezidenti Amado Vill qarşılayıb.
Çıxılmaz vəziyyətə düşən Ssrkisyana bildiriblər ki, prezident Kristina Kirşner onu bir qədər sonra qəbul edəcək. Daha sonra səfərin prezident administrasiyasında davam edəcəyi bildirilsə də, Sarkisyanın kiminlə görüşəcəyinə heç bir fikir bildirilməyib. Lakin bu görüş də təxirə salınır və erməni prezident bir neçə saat "Alvear" otelindəki nömrəsində gözləməli olur. Sonra isə görüşün biabırçılığı pik həddə çatır.
Belə ki, du dəfə də Sərkisyana, Argentina prezidentinin ümumiyyətlə onunla görüşə bilməyəcəyi, Kristina Krişner xəstələndiyi bildirilib.
Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın “vassalı” kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir.