Rüstem İbrahimbeyov siyasetçi deyil
09 İyul 2013 Çərşənbə Axşamı 12:57
İqbal Ağazadenin fikrince, Milli Şuranın vahid namizedi Rüstem İbrahimbeyov siyasetçi deyil.
Rüstəm İbrahimbəyov siyasətçi deyil. Bunu Trend-ə Ümid Partiyasının sədri İqbal Ağazadə Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ağazadə deyib ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir: "Mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq Rüstəm bəy sadəcə siyasətçi deyil və buna görə də o öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək".

Ağazadə Rüstəm İbrahimbəyovun "jurnalistlərin ağzından vurmaq" ifadəsini də yanlış hesab edir: "Bu, yalnış ifadədir. Rüstəm bəy siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir".

“Belə olan halda Rüstəm İbrahimbəyov nədən Milli Şuranın vahid namizədi kimi irəli sürülüb?” sualına cavab verərəkən Ağazadə qeyd edib ki, bu, Milli Şuranın problemidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar