Rüstem İbrahimbeyov MSK-nı mehkemeye verecek
27 Avqust 2013 Çərşənbə Axşamı 19:42
Rüstem İbrahimbeyov Merkezi Seçki Komissiyasını mehkemeye verecek.
Rüstəm İbrahimov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rüstəm İbrahimbəyov özü bildirib.
R. İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qeyri-qanuni adlandırıb: “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.
MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya deyib ki, MSK-nın sözügedən qərarı əsassız deyil: “Qərar Azərbaycanın və Rusiyanın rəsmi dövlət qurumlarına göndərilmiş sorğuların rəsmi cavablarına əsasən verilib. Bizim üçün ölkə Konstitusiyası və seçki qanunvericiliyi əsasdır”.
DOSTLARINLA PAYLAŞ: