Rusiya İrana radar ötürüb?
24 Noyabr 2010 Çərşənbə 22:30
"Stratfor" Analitik Mərkəzinin araşdırmasına inansaq, bu iş Belarus və Venesuela vasitəsi ilə baş tutub
“Rusiya Belarus və Venesueladan İrana radar tədarük edilməsində istifadə edib. Anlaşma İrana S-300 zenit-raket komplekslərinin göndərilməsinə qadağan qoyan qanunun qəbul edilməsindən dərhal sonra baş tutub”. Bu məlumatlar Amerikanın “Stratfor" Analitik Mərkəzinin hesabatında yer alıb. Mərkəzin mənbələrinin məlumatına görə, hərbi avadanlıqları alan Belarus onları Venesuelaya məxsus firmalardan birinə satıb. Həmin şirkət isə öz növbəsində əldə etdiyi məhsulu İrana ötürüb. Hesabatda deyilir ki, tədarük Əbu-Dabi vasitəsilə həyata keçirilib.
Bununla belə mərkəzin ekspertləri etiraf edir ki, tədarük edilən radarların növləri haqda məlumata malik deyil. “Radar” termini böyük həcmdə hərbi təyinatlı qurğulara şamil edilə bilər və məlum deyil ki, söhbət raket əleyhinə komplekslərdən və ya hər hansı adi qurğulardan gedir. Lakin bununla belə, bu anlaşma baş verdiyi geosiyasi şərait fonunda, eləcə də buraya Belarus və venesuellalı vasitəçilərin cəlb edilməsi daha çox düşünməyə əsas verir”,- deyə analitik mərkəzin hazırladığı hesabatda qeyd edilib.
Bu məsələdən bir qədər sonra Venesuela Rusiyadan S-300 kompleksləri və digər silah növlərini əldə etmək barədə planlarının olduğunu təsdiq edib. Tehran isə öz növbəsində kompleksləri Karakasdan almaq barədə yayılan informasiyanı təkzib edib.
Qeyd edək ki, Moskva ilə Tehran arasında yaranan soyuqluqdan sonra Rusiya və İran prezidentlərinin ilk görüşü noyabrın 18-də Bakıda keçirilən Xəzəyanı dövlətlərin sammitində baş tutub.
DOSTLARINLA PAYLAŞ: