Siyasət

Rene van der Linden Azərbaycana gələcək

Niderland Krallığı Parlamentinin sədri, Avropa Şurası Parlament Assmbleyasının keçmiş prezidenti Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfər edəcək.

· Xəbərçi
Rene van der Linden Azərbaycana gələcək
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə,
Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçiriləcək səfərdə məqsəd parlamentlər arasında, eləcə də digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair danışıqlar aparmaqdır.

Üç gün davam edəcək səfər çərçivəsində qonaq bir sıra görüşlər keçirəcək. APA

Şərhlər