Ramzan Kadirov: "Rusiya Bakıya isti münasibət bəsləyir"
11 Avqust 2010 Çərşənbə 16:50
Çeçenistan prezidenti Ramzan Kadirov ANS-ə müsahibəsində belə deyib.
Çeçenistan prezidenti Ramzan Kadirov yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bunu çeçen lideri ANS TV-yə eksklüziv müsahibəsində bildirib. O eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevi Çeçenistana dəvət edib.

“Mən Azərbaycan hökumətinə qarşı böyük hörmətlə yanaşıram. Nəinki mən, Rusiya rəhbərliyi də Bakıya isti münasibət bəsləyir. Mənim ücün vacibdir ki, bu dəvəti mənə bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə çatdırıb. Bu sadə sözlər deyil. Mən buna ciddi yanaşıb, böyük önəm verirəm. Yaxın zamanda İlham Əliyevin vaxtı olanda mən gələcəyəm. Mən bu yaxınlarda Bakıda olmuşam, cox xoşuma gəlib. Azərbaycanda 2 dəfə olmuşam. Birinci dəfə federal qüvələrə qarşı döyüşəndə, ikinci dəfə isə rəsmən dəvət olunanda. Böyük məmnuniyyətlə dəvəti qəbul edirəm. Azərbaycan rəhbərliyinin vaxtı olanda gələcəyəm. Böyük qardaşımız İlham Əliyevi Çeçenistana dəvət edirəm. Biz qərar vermişik ki, Qroznıda küçələrin birinə Heydər Əliyevin adını verək. Heydər Əliyev həmişə mənim atamı qəbul edirdi. Onların çox isti münasibətləri var idi”, - deyə Ramzan Kadirov vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar