Ramiz Mehdiyev: "7 noyabr parlament seçkiləri tam demokratik keçib"
17 Noyabr 2010 Çərşənbə 20:05
Ramiz Mehdiyev: "Beynəlxaq müşahidəçilərin 99 faizi bu seçkiləri şəffaf, açıq və demokratik kimi qəbul edib".
7 noyabr parlament seçkiləri tam demokratik keçib və bir sıra beynəlxalq təşkilatların açıqlamarı bunun sübütudür. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, bu seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi qəbul etmək lazımdır: “Çünki həqiqətən Azərbaycanda çox şəffaf seçkilər keçirilib. Bütün siyasi qüvvələr üçün eyni vəziyyət, şərait yaradılıb. Deyə bilərəm ki, bütün siyasi qüvvələr bu seçkilərdə iştirak edib”.

Müşahidəçilərin mövqeyinə toxunan R.Mehdiyev qeyd edib ki, Avropa və beynəlxaq müşahidəçilərin 99 faizi bu seçkiləri çox müsbət, şəffaf, açıq və demokratik seçki kimi qəbul edib. Bununla yanaşı onların arasında ayrı-ayrı insanlar olduğunu deyən PA rəhbəri həmin müşahidəçilərin mövqelərinin fərqləndiyini vurğulayıb. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) mövqeyi Avropa müşahidəçilərinin mövqeyindən müəyyən qədər fərqlənir. Hesab edirəm ki, bu subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər tapşırıqlar əsasında səslənmiş fikirlərdir. Onu deyə bilərəm ki, ATƏT DTİHB hər dəfə Azərbaycanda seçkilər keçiriləndə, burada olarkən bir fikir səsləndirir, lakin 1-2 aydan sonra fikirlərini dəyişib başqa fikir səsləndirir. Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında səslənir”, - deyə o əlavə edib.

MSK-nın artıq müəyyən narazı insanların müraciətlərinə baxdığını söyləyən R.Mehdiyevin fikrincə, bu yaxınlarda bu məsələlər də öz həllini tapacaq. “MSK Konstitusiya Məhkəməsinə sənədləri təqdim etməlidir. Konstitusiya Məhkəməsi də müvafiq qərar verəcək və bundan sonra parlamentin ilk sessiyası öz işinə başlayacaq”, - deyə PA rəhbəri vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar