Siyasət

Qriqol Vaşadzenin Azərbaycana rəsmi səfəri sabah reallaşacaq

Qriqol Vaşadzenin Azərbaycana rəsmi səfəri zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.

· Xəbərçi
Qriqol Vaşadzenin Azərbaycana rəsmi səfəri sabah reallaşacaq
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin Azərbaycana işgüzar səfəri 18-19 yanvar tarixlərində həyata keçiriləcək. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfər proqramı çərçivəsində Qriqol Vaşadzenin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və nəqliyyat naziri Ziya Məmmədovla görüşləri nəzərdə tutulub.

Məlumata görə, görüşlər yanvar ayının 19-da keçiriləcək. Səfərin əsas məqsədi ikitərəfli və iqtisadi münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi olacaq. ANSPRESS

Şərhlər