Siyasət

Qətərlə Azərbaycan arasında saziş imzalandı

Diplomatik və xidməti pasportlara malik şəxslər viza tələblərindən azad edilib

· Xəbərçi
Qətərlə Azərbaycan arasında saziş imzalandı
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun Qətərə səfəri çərçivəsində ikitərəfli saziş imzalanıb. Saziş diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad olunmasını nəzərdə tutur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov səfər zamanı Qətər əmiri, bu ölkənin maliyyə və iqtisadiyyat naziri, İnformasiya Birliyinin prezidenti, əmirin İnformasiya məsələləri üzrə müşaviri və “əl-Diyar əl-Qatari” şirkətinin icraçı direktorunun əməliyyatlar üzrə müavini ilə görüşüb.ANSPRESS

Şərhlər