Putin Fransada Qarabağ münaqişəsini müzakirə edib
11 İyun 2010 Cümə 17:35
Putin Fransada Qarabağ münaqişəsini müzakirə edib. İki ölkə rəsmisi İran probleminə də toxunub.
Parisdə səfərdə olan Rusiya Federasiyasının baş naziri Vladimir Putin fransalı həmkarı Fransua Fiyon ilə Gürсüstan, Dağlıq Qarabağ və İran problemi, həmçinin Qazaxıstanda təhlükəsizlik konfransının təşkilini müzakirə edib.
“Dünən biz Fransa ilə Rusiya arasında intensiv iqtisadi əməkdaşlıq barədə danışdıq. 2000-ci ildən başlayaraq bizim qarşılıqlı mübadiləmiz dörd dəfə artıb", - deyə Fiyon Parisin Qran-Pale sarayında Rusiya milli sərgisinin açılışında bildirib.
O həmçinin qeyd edib ki, onlar Rusiya ilə Gürcüstanın münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, İranın nüvə proqramını, böhran və beynəlxalq münasibətləri müzakirə ediblər.
“Biz həmçinin ATƏT çərçivəsində Qazaxıstanda təşkil edilməsi nəzərdə tutulan təhlükəsizlik konfransı barədə danışdıq”, - deyə baş nazir bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: