Siyasət

Prezident Koreyanın yeni səfirini qəbul edib

İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb

· Xəbərçi
Prezident Koreyanın yeni səfirini qəbul edib
Bu gün İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğulayıb.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan İlham Əliyev Azərbaycanda çoxlu sayda Koreya şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb.

Öz növbəsində Li Ci-Han səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından şərəf duyduğunu deyərək Koreyanın ikitərəfli münasibətlərimizin inkişafından məmnun olduğunu bildirib. ANSPRESS

Şərhlər