Prezident İlham Əliyev Latviya Seyminin sədri ilə görüşüb
18 Yanvar 2011 Çərşənbə Axşamı 01:00
Solvita Aboltina: “Latviya Azərbaycanla parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir”.
Azərbaycan Prezidenti İlham Əliyev Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşüb. Latviya parlamentinin rəhbəri Azərbaycanın dövlət başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirib ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir. Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Solvita Aboltina Latviyanın Azərbaycan ilə parlamentlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Gələcəkdə bu əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğulayıb. Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar