Azərbaycan prezidenti İlham Əliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində bir qrup qadının mükafatlandırılması barədə sərancamlar verib.
Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Hacıyeva Asya Hüseyn qızı
Hüseynova Gültəkin Şəmsəddin qızı
Manafova Maral Cəbrayıl qızı
Azərbaycan Respublikasında elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə isə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar Elm Xadimi”
Quluzadə Zümrüd Əliqulu qızı
“Əməkdar Müəllim”
Əsədova Qətibə Yəhya qızı
Məcidova Aygün Əbülfət qızı
Orucova Gülşən Yasin qızı
“Əməkdar Həkim”
Ələsgərova Səidə Həbib qızı
İskəndərova Cəmilə Sahib qızı
ANSPRESS