Siyasət

Prezident Barrozunun Bakıya səfərini Semnebi ilə müzakirə edib

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib.

· Xəbərçi
Prezident Barrozunun Bakıya səfərini Semnebi ilə müzakirə edib
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu yaxınlarda ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı baxımından önəmi qeyd olunub, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS

Şərhlər