Polşa səfiri: “Azərbaycan və Bakı həmişəlik yaddaşımızda qalacaq”
23 İyun 2010 Çərşənbə 14:45
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vida mərasimi təşkil olunub.
APA-nın məlumatına görə, mərasimdə çıxış edən səfir ailəsi və öz adından azərbaycanlılara dostluq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Biz eləcə də bizə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Son beş ildə Bakı bizim evimiz olub. Həmişə ölkəmə və şəxsən bizə bəslədiyiniz rəğbəti hiss etmişik. Sizin xoş münasibətinizi heç vaxt unutmayacağıq. Bakı və Azərbaycan həmişəlik yaddaşımızda qalacaq. Sizə uğurlar, firavanlıq və sevinc dolu həyat diləyirik. Ölkəniz inkişaf etsin, torpağınızda sülh və xoşbəxtlik hökm sürsün”.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbəri, Rumıniya səfiri Nikolae Ureki K. Krayevski barədə ürək sözlərini deyib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb, dipkorpus adından hədiyyə təqdim edib.
Qeyd edək ki, K. Krayevskinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata da Polşanın Azərbaycandakı səfirliyində olub, səfirlə regiondakı ictimai-siyasi vəziyyəti müzakirə edib. O, səfirə Yeparxiyaya göstərdiyi köməyə görə 1-ci dərəcəli Müqəddəs Apostol Varfolomey medalını təqdim edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar