Polşa səfiri: “Azərbaycan bizim çox ciddi və böyük strateji müttəfiqimizdir”
18 İyun 2010 Cümə 18:30
Bu gün Bakı Slavyan Universitetində (BSU) «Səfir saatı» klubunda Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski ilə görüş keçirilib.
BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor Kamal Abdullayev səfirin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını, səfirin bu illər ərzində Azərbaycanla Polşa arasında bütün sahələrdə əlaqələrin inkişafında böyük əməyi olduğunu qeyd edib: “Bizim universitet sizin simanızda özünə sadiq dost qazanıb. Mən əminəm ki, biz BSU-da sizinlə gələcəkdə də görüşəcəyik”.

K. Krayevski diplomatik fəaliyyəti dövründə görülən işlər barəsində danışıb. “Bu gün Polşa ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir və bu bizi çox sevindirir. Azərbaycan bizim çox ciddi və böyük strateji müttəfiqimizdir. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətt üzrə davam edəcək. BSU-da polyak dili və mədəniyyəti mərkəzinin açılması bizim dostluq və əməkdaşlığımızın ən bariz nümunəsidir”, - deyə diplomat vurğulayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar