Parlamentdə hökumətin hesabatı dinləniləcək
09 Mart 2010 Çərşənbə Axşamı 21:05
Hesabat artıq kitab halında çap olunaraq deputatlara paylanıb
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında hökumətin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanıb.
Bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.
Təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu olmaqla və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanıb. Sənəddə sosial–iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunub, məntiqi ardıcıllıq təmin edilib.
Milli Məclisin beşinci iclasının martın 16-da keçirilməsi nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: