Oqtay Əsədov yunan Kiprinə səfər edəcək
09 İyun 2010 Çərşənbə 23:45
Milli Məclisin sədri Oqtay Əsədov AŞ ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək.
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti sabah Kipr Respublikasına səfər edəcək. Milli Məclisin sədri Avropa Şurası ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu keçirdiyi brifinqdə məlumat verib.

“İki məsələ üzərində müzakirələr aparılacaq. Birinci mövzu “Parlamentdə müxalifətin hüquq və vəzifələri”, ikinci mövzu isə “Milli parlamentlər və beynəlxalq insan hüquqları: diskriminasiyaya qarşı prinsiplərin həyata keçirilməsi”nə həsr olunacaq”,-deyə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Akif Təvəkküloğlunun sözlərinə görə, adını qeyd etdiyi iki mövzu ətrafında parlament sədrlərinin konfrasında ətraflı müzakirələr aparılacaq: ”Bundan başqa konfrans və səfər çərçivəsinə bir sıra tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdən ən mühümü parlament baş katiblərinin növbəti iclasının keçirilməsi olacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar