Siyasət

Oqtay Əsədov bəzi deputatları parlamentə qarşı çıxışlarda ittiham edib

Azərbaycan Milli Məclisinin (MM) spikeri Oqtay Əsədov bəzi millət vəkillərini parlamentə qarşı çıxış etməkdə ittiham edib.

· Xəbərçi
Oqtay Əsədov bəzi deputatları parlamentə qarşı çıxışlarda ittiham edib
APA-nın xəbərinə görə, spiker mətbuatda deputatların dilindən MM-in işləməməsi barədə çıxışlara rast gəldiyini deyib. O. Əsədov belə deputatları “mövqesiz insanlar” adlandırıb: “Əgər sənin sözün varsa, çıxış et, sözünü de. Xalqın gözü tərəzidir. Hamı-hamını yaxşı tanıyır. Bu məsələnin kökü var, ancaq mən bunu araşdırmaq istəmirəm. Necə olur ki, işləməyən Milli Məclis dörd il ərzində 938 qanun qəbul edir?”

Spiker deputatları MM-in üçüncü çağırışın sonuncu tam müddətli sessiyasını ləyaqətlə, şərəflə başa vurmağa çağırıb. APA

Şərhlər