Siyasət

Nalbandyan: "Azərbaycan müqəssir axtarır"

Ermənistanın xarici işlər naziri qəribə bəyanatlar səsləndirib.

· Xəbərçi
Nalbandyan: "Azərbaycan müqəssir axtarır"
"Azərbaycan Dağlıq Qarabağ prosesində uğradığı müvəffəqiyyətsizliklərə görə günahı başqasının üzərinə atmağa cəhd göstərir və müqəssir axtarır". Belə bir sərsəm bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın İctimai televiziyasının “Real politics” proqramında çıxış edib.

“Bu yenilik deyil, Azərbaycan təkcə Ermənistanı deyil, eyni zamanda, ATƏT-in Minsk qrupununun həmsədrləri, ABŞ, Rusiya, Fransa, bəzən isə Avropa İttifaqı və hətta yaxın müttəfiqi Türkiyəni tənqid edir”, -deyə erməni nazir bildirib.

Bununla yanaşı Nalbandyan qeyd edib ki, Dağlıq Qarabağın nizamlanması prosesi öz məcrası ilə gedir. ANSPRESS

Şərhlər