Siyasət

Müasir Müsavat Partiyasının sədri Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Norveçin Azərbaycandakı səfiri Jon Ramberqlə görüşüb.

· Xəbərçi
Müasir Müsavat Partiyasının sədri Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusla müxalifət partiyaları arasındakı əlaqələrin inkişaf etdirilməsi müzakirə edilib. Müzakirə zamanı hər iki tərəf əlaqələrin möhkəmləndirilməsi baxımından bu görüşləri intensivləşdirmək qərara gəlinib. APA

Şərhlər