Siyasət

MSK sədri namizədlərə yardım etməyə söz verib

MSK sədri qanun çərçivəsində onlara kömək etməyə hazır olduqlarını deyib.

· Xəbərçi
MSK sədri namizədlərə yardım etməyə söz verib
"Namizədlər razılaşdırılmış yerlərdə görüşlərini keçirməlidirlər ki, sonra problem olmasın”. ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, 125 dairə üzrə namizədlər tədbirləri ilə bağlı istədikləri yerlər barədə öz təkliflərini verə bilərlər. “Biz onlara qanun çərçivəsində yardım etməyə hazırıq”, - deyə MSK sədri əlavə edib.

Məzahir Pənahov bildirib ki, namizədlər elə hərəkət etməlidirlər ki, proseslər onların qeydiyyatının ləğvinə aparıb çıxarmasın. “Mən namizədləri bundan çəkindirməyə çalışıram. Amma əlbəttə ki, lazım gələrsə, ölçü götürülməlidir. Bu məsələdə fərq qoyula bilməz. Yenə də biz çalışırıq ki, qeydə alınan namizədlər seçkidə iştirak etsinlər”, - M.Pənahov söyləyib. ANSPRESS

Şərhlər