Siyasət

MSK sədri namizədlərə xəbərdarlıq etdi

Məzahir Pənahovun sözlərinə görə, namizədlərin canlı efirdə bir-birlərini təhqir etməsi yolverilməzdir.

· Xəbərçi
MSK sədri namizədlərə xəbərdarlıq etdi
Pulsuz efir vaxtından istifadə edən bəzi namizədlər İctimai Televiziyanın efirində bir-birlərini təhqir edir. ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

“Biz bunun yolverilməz olduğunu bir daha onların diqqətinə çatdırmalıyıq. Bunu hansı formada ediləcəyini düşünmək lazımdır. Çünki bəziləri hesab edir ki, elə belə də olmalıdır”, - deyə M.Pənahov əlavə edib. ANSPRESS

Şərhlər