MSK seçkilərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib
23 Oktyabr 2010 Şənbə 19:25
Qurum sədri nazirlikdən DSK-dan gələnlər üçün şərait yaradılmasını istəyib.
Bazar ertəsindən seçki bülletenlərinin paylanılmasına başlanılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, bülletenlərin paylanılmasına səhər saat 09:00-dan başlanılacaq.

“Daxili İşlər Nazirliyinə mətbəəyə DSK-lardan gələnlər üçün şərait yaradılması üçün müraciət etmişəm. Yəqin ki, saat 10:00-da birinci partiyanı yola sala biləcəyik. Bu ayın sonuna qədər çap və paylama prosesini yekunlaşdırmağa çalışacağıq”, - deyə Məzahir Pənahov əlavə edib.

MSK sədri beynəlxalq qurumların nümayəndələrini və KİV-i prosesi müşahidə etməyə çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar