MSK parlament seçkisi qabağı treninqlərə başlayıb
05 Oktyabr 2010 Çərşənbə Axşamı 13:50
Treninqlər Avropa Şurasının Venesiya Komissiyası ilə birgə aparılır.
Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası ilə birgə dairə seçki komissiyalarındakı treynerlər üçün treninqlərə başlayıb.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Veronika Kotek keçirilən treninqlərin əhəmiyyətini vurğulayıb və bu tədbirin Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.

Treninqlərin keçirilməsinə MSK-nın treynerləri ilə yanaşı, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri də cəlb olunub. Tədbirdə MSK katibi Natiq Məmmədov treninqlərdə hər DSK-dan 2 nəfərin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, bu gündən başlayaraq treninqlər hər gün 50 nəfər olmaqla, 5 gün ərzində, ümumilikdə, 250 nəfər üçün nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar