Mövlud Çavuşoğlu Türkiyədədir
31 Yanvar 2010 Bazar 02:30
Mövlud Çavuşoğlu: “Artıq Türkiyə Avropadadır, ya yox, türklər avropalıdırlar, ya yox mübahisələri sona çatıb”
Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti Mövlid Çavuşoğlu Türkiyəyə gedib. O, Atatürk hava limanında Türkiyənin dövlət naziri Egemen Bağışla birgə mətbuat konfransı keçirib.
Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə layiq olduğu yerə gəlib: “Artıq Türkiyə Avropadadır, ya yox, türklər avropalıdırlar, ya yox mübahisələri sona çatıb”.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Mövlud Çavuşoğlu və Egemen Bağışı qəbul edib. O, bir türkün AŞ PA prezidenti seçilməsini sevinclə qarşıladığını deyib: “Söhbət dünyanın qlobal sülhə ən çox ehtiyacı olduğu bir dövrdə ilkin olaraq iki illik xidmət müddətindən gedir. Bu müddət ərzində Mövlud bəy gecə-gündüz demədən fəaliyyətini davam etdirəcək. Şəxsən mən, millətim, ölkəm çox məmnunuq, çox xoşbəxtik. Bunu gözləyirdik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: