Moldovanın yeni səfiri etimadnaməsinin surətini təqdim edib
02 Avqust 2010 Bazar Ertəsi 16:55
Elmar Məmmədyarov bu münasibətlə İqor Bodyunu qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldova Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodyunu qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, etimadnamənin surətini təqdim edən İ.Bodyu ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayan qonaq Moldova-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə moldovalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar