Siyasət

Milli Məclisinin sədri səsvermədə iştirak edib

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində ilk səs verən vətəndaş 80 yaşlı qadın olub.

· Xəbərçi
Milli Məclisinin sədri səsvermədə iştirak edib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Parlament seçkisində iştirak edib. O. Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

Məntəqənin sədri Gülnaz Mehdizadə bildirib ki, burada 1274 seçici qeydə alınıb. Səsvermə çox fəal keçir. Məntəqə açılarkən ilk səs verən vətəndaş 80 yaşlı qadın olub.

Burada səsverməni yerli müşahidəçilərlə yanaşı, MDB ölkələrindən olan müşahidəçilər də izləyirlər. ANSPRESS

Şərhlər