Milli Məclisin deputatları İKT-nın sessiyasında iştirak edirlər
17 Yanvar 2011 Bazar Ertəsi 15:45
BƏƏ-də İKT Parlament İttifaqı Şurasının 13-cü sessiyası keçirilir.
Milli Məclisin deputatları, İslam Konfransı Təşkilatı (İKT) Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və Sabir Rüstəmxanlı İKT Parlament İttifaqı Şurasının 13-cü sessiyasında və ikinci fövqəladə konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində səfərdədirlər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın gündəliyinə İttifaqın İcraiyyə Komitəsinin, daimi komitələrinin hesabatları, təşkilati və digər məsələlər daxil edilib.

Qurumun ikinci fövqəladə konfransında isə regional problemlərin həlli yolları, nüvə enerjisindən digər məqsədlərlə istifadə edilməsi, Qərb dövlətlərinin parlamentləri ilə əməkdaşlıq və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində Milli Məclisin deputatları təşkilatın komitələrinin iclaslarında da iştirak edəcək, gündəlikdəki məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər yanvarın 20-də başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar