Millət vəkilləri Norveçdəki həmyerlilərimizlə görüşüblər
14 İyul 2010 Çərşənbə 16:15
Görüşdə Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan danışılıb.
Norveçin paytaxtı Oslo şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 19-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri-Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Fazil Mustafa, Eldar İbrahimov Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) idarə heyəti ilə də görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən xəbərə görə, görüşdə təşkilatın sədri Ramil Əliyev Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan, eyni zamanda NAYO təşkilatının iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib.

O bildirib ki, Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin bölgədəki siyasət və iqtisadi inkişafında getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihələr həyata keçirilir.

Görüşdə Azərbaycan dövlətinin gənclərə daima diqqət və qayğı göstərməsindən danışan Milli Məclisin sədr müavini Bahar Muradova və digər millət vəkilləri NAYO kimi fəal təşkilatların Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasındakı müsbət rolundan danışıblar. Həmçinin, nüməyəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya, eləcə də NAYO-nun üzvlərinə yaşadıqları ölkələrin ictimaiyyətinə inteqrasiya etmələrini və cəmiyyətlərdə müəyyən nüfuz, mövqe sahibi olmalarını tövsiyə ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar