Millət vəkilləri Britaniyaya səfər edəcək
04 Sentyabr 2010 Şənbə 12:55
Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Azərbaycan Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu gündən sentyabrın 7-dək London şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətində deputatlardan Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament aparatının rəhbəri Səfa Mirzəyev təmsil olunur.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar