Mərkəzi Secki Komissiyasının sədri Məzahir Pənahov Binəqədi 10-cu secki dairəsinin 31 saylı secki məntəqəsində səs verib. O bildirib ki, məntəqələr bağlandıqdan 2 saat sonra ilkin nəticələr acıqlanmağa başlayacaq.
MSK sədrinin sözlərinə görə, təqribən axşam saat 9 radələrindən sonra ilk rəqəmlər MSK-ya daxil olmağa başlayacaq: "Hesab edirəm ki, məntəqələr üzrə daxil olan məlumatlar əsasında saat 11-ə qədər əksər dairələr üzrə ümumi mənzərə aydınlaşar". ANSPRESS
Məzahir Pənahov səs verib
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, məntəqələr bağlandıqdan 2 saat sonra ilkin nəticələr acıqlanmağa başlayacaq.




Şərhlər