Məzahir Pənahov: “Polis öz işinin öhdəsindən əla gəlir”
30 Oktyabr 2010 Şənbə 21:30
Məzahir Pənahov: “Polis öz işinin öhdəsindən əla gəlir”. MSK polisin fəaliyyətindən razıdır.
“İcra strukturu seçkinin keçirilməsinə məsuliyyət daşıyır. Asayişin qorunmasını polis həyata keçirir. Əgər namizəd seçicilərlə toplantısı ilə bağlı dairə seçki komissiyasına və polisə müraciət etməsə və hər hansı hadisə baş verərsə, deputatlığa namizəd cavabdehlik daşıyacaq”. ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, bəzən seçicilərlə görüş yerində polisin iştirakını müdaxilə kimi dəyərləndirirlər. “Hesab edirəm ki, polis öz işinin öhdəsindən əla gəlir. Heç kim bu məsələdə xüsusi imtiyaza malik deyil. Polis baş verə biləcək təxribatlarla bağlı təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün görüş yerində olmalıdır”, - deyə M. Pənahov əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: