Seçkini işıqlandıran jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hələlik hər hansı məlumat daxil olmayıb. Bu barədə ANS PRESS-ə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, şuranın monitorinq qrupunun paytaxt və bölgələrdəki seçki məntəqələrində olan üzvləri də jurnalistlərə qarşı maneə faktlarını qeydə almayıb.
Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 telefon nömrələri bu gün saat 08.00-dan “qaynar xətt” rejimində işləyir. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 17.00-da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də seçkinin gedişini izləyir. Onlar yerlərdə KİV təmsilçilərinə yaradılan şəraitlə yaxından tanış olur. ANSPRESS
Mətbuat Şurasının "qaynar xətt"i susur
Seçkini işıqlandıran jurnalistlər tərəfindən hələlik heç bir şikayət daxil olmayıb.




Şərhlər