Mehriban Əliyeva və Əminə Ərdoğan Bakını gəzib
18 May 2010 Çərşənbə Axşamı 00:20
Mehriban Əliyeva və Əminə Ərdoğan Bakını gəzib. Onlar Filarmoniya bağında və Dənizkənarı Milli Parkda olublar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olublar.

Bağ ilə tanışlıq zamanı bildirilib ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi var. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq və yenidənqurma işləri aparılıb. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilib.

Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici edib.

Mehriban Əliyeva və Əminə Ərdoğan Dənizkənarı Milli Parkda olublar. Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış olub. 1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılıb. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilib. Milli Parkda yeni ağaclar əkilmiş, çəmənliklər salınmışdır. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılıb. Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar