MDB dövlət başçıları bir araya gələcək
07 İyul 2010 Çərşənbə 23:35
İyulun 10-da Krımda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
İyulun 10-da Krımda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə Ukrayna prezidenti administrasiyasının rəhbəri Sergey Lyovoçkin məlumat verib. ”İnterfax”ın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev artıq sammitdə iştirak edəcəyini təsdiq edib.
”İştirakçıların dəqiq tərkibi yaxın günlərdə məlum olacaq, lakin dövlət başçısı Dmitri Medvedv sammitdə iştirak edəcəyini artıq təsdiqləyib”,- deyə Lyovoçkin bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: